Azərbaycan gimnastları Belarusda beynəlxalq turnirdə çıxış edəcək - FOTOLAR

23 İyul 2024 21:20 Digər növlər 469
Azərbaycan gimnastları Belarusda beynəlxalq turnirdə çıxış edəcək - FOTOLAR

Azərbaycan gimnastları Belarusun paytaxtı Minskdə keçiriləcək bədii gimnastika üzrə “Crystal Rose - Grand Prix - Helen Valery” beynəlxalq turnirində iştirak edəcəklər.

Sportinfo.az Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, yarışda Mədinə Zaxarovanın rəhbərliyi altında Şəms Ağahüseynova (böyüklər), Zəhra Cəfərova (gənclər), Azadə Atakişiyeva və Nur Sadıqova (hər ikisi yeniyetmələr) mübarizə aparacaq.

Səbinə Hacıyeva isə hakim kimi fəaliyyət göstərəcək.

"Crystal Rose - Grand Prix - Helen Valery” iyulun 26-dan 28-nə qədər keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
30 İyun 18:10 Çək və bizə göndər!
30 İyun 00:00 Avropa çempionu oldular