Azərbaycan Gimnastika Federasiyasının idman direktoru beynəlxalq seminara dəvət aldı

21 May 2024 10:20 Digər növlər 890
Azərbaycan Gimnastika Federasiyasının idman direktoru beynəlxalq seminara dəvət aldı

Azərbaycan Gimnastika Federasiyasının (AGF) idman direktoru Natalya Bulanova Kiprin Larnaka şəhərində keçiriləcək hakimlər üçün seminara dəvət alıb.

AGF-nin mətbuat xidmətindən Sportinfo.az-a verilən məlumata görə, o, tədbirdə Beynəlxalq Gimnastika Federasiyasının bədii gimnastika üzrə Texniki Komitəsinin prezidenti Noha Abou Shabana ilə birlikdə ekspert qismində çıxış edəcək.

Avropa Gimnastikasının bədii gimnastika üzrə Texniki Komitəsi tərəfindən təşkil olunacaq seminar 11-14 oktyabrda gerçəkləşəcək.

Natalya Bulanova Beynəlxalq Gimnastika Federasiyasının bədii gimnastika üzrə Texniki Komitəsinin üzvüdür.

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 08:30 Birinci kim danışacaq?
18 Sentyabr 05:00 Açıq Qapı Günü oldu
18 Sentyabr 04:30 "Grace of Nature" Qazaxda
18 Sentyabr 04:00 Bir də söyüş söymə!