Yaponiyadakı dünya çempionatında iştirak edəcək - Azərbaycan millisi

16 May 2024 21:40 Digər növlər 563
Yaponiyadakı dünya çempionatında iştirak edəcək - Azərbaycan millisi

Azərbaycan paraatletləri Yaponiyanın Kobe şəhərində təşkil ediləcək dünya çempionatında mübarizə aparacaqlar.

Azərbaycan Milli Paralimpiya Komitəsinin mətbuat xidmətindən Sportinfoaz-a verilən məlumata görə, mayın 17-25-i aralığında baş tutacaq yarışda ölkəni Orxan Aslanov, Səid Nəcəfzadə (hər ikisi uzunluğa tullanma), Samir Nəbiyev, Rüfət Rəfiyev (hər ikisi nüvə itələmə) və Lamiyə Vəliyeva (qaçış) təmsil edəcəklər.

Milli komanda yarışa baş məşqçi Oleq Panyutinin rəhbərliyi ilə yollanıb.

Digər Xəbərlər
Xəbər Lenti
3 İyul 03:20 Ayxan çempion oldu