"Prezident Kuboku 2024": İlk günün qalibləri mükafatlandırıldı

1 May 2024 18:00 Digər növlər 564
"Prezident Kuboku 2024": İlk günün qalibləri mükafatlandırıldı

"Prezident Kuboku 2024" beynəlxalq reqatasında ilk günün qalibləri mükafatlandırılıb.

Medalları Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev, Azərbaycan Velosiped Federasiyasının prezidenti Mədət Quliyev, Gənclər və İdman Nazirliyinin idman şöbəsinin rəisi Elnur Məmmədov, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının rəhbəri Vüqar Əhmədov, Azərbaycan Yelkən Federasiyasının prezidenti Qüdrət Qurbanov və Serbiya Avarçəkmə Federasiyasının İdarə Heyətinin sədri Duşan Kovaçeviç təqdim ediblər.

Kayak üzrə 200 metr məsafəyə yürüşdə Azərbaycan təmsilçisi Amil Ramazanov (2006-2007 təvəllüdlü idmançılar) bürünc medal qazanıb.

Reqata mayın 3-də başa çatacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti