"Hər şey mənim üçün asan oldu, rəqabət o qədər güclü deyildi"

6 May 2024 08:30 Digər növlər 670
"Hər şey mənim üçün asan oldu, rəqabət o qədər güclü deyildi"

"Hər şey mənim üçün asan oldu".

Sportinfo.az xəbər verir ki, bunu "Bakı Marafonu 2024"ün qadınlar arasında qalibi Natalya Semonoviç deyib.

"Bakı Marafonu 2023"ün də qalibi olan ukraynalı idmançı ötənilki uğurunu təkrarladığı üçün xoşbəxt olduğunu bildirib:

"Keçən il olduğu kimi bu dəfə də qarşıma yarışın qalibi olmaq hədəfi qoymuşdum. Bundan əvvəlki marafonda özüm üçün rekord müəyyənləşdirmək istəyirdim.

Yenə sırf qalib gəlməyi düşünürdüm və bunu bacardım. Məncə, rəqabət o qədər güclü deyildi. Küləyin təsiri var idi, amma mən ona qalib gəldim".

"Küləyə qalib gəl" şüarı ilə 7-ci dəfədir təşkil edilən marafona 18 mindən çox iştirakçı qatılıb.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM