Avropa çempionatında medal qazanan ilk azərbaycanlı - FOTO

22 May 2023 11:20 Digər növlər 385
Avropa çempionatında medal qazanan ilk azərbaycanlı - FOTO

“Zöhrə Ağamirova Avropa çempionatında medal qazanan ilk azərbaycanlı gimnast olub”

Sportinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Olimpiya Komitəsi (MOK) tviterdəki hesabında məlumat yayıb.

“Tarixə düşdü! Zöhrə Ağamirova Avropa çeSportinfo.az xəbər verir ki, mpionatında medal qazanan ilk azərbaycanlı gimnast oldu.

Ölkəmizdə keçirilən bədii gimnastika üzrə 39-cu Avropa çempionatında Azərbaycan yığma komandasının üzvü Zöhrə Ağamirova topla fərdi çıxışında bürünc medal qazanıb”, - paylaşımda deyilir.

Tokio 2020 Yay Olimpiya Oyunlarının iştirakçısı, Konya 2022 İslam Həmrəyliyi Oyunlarının qalibi olan Zöhrə Ağamirova Bakı gimnastika məktəbinin yetirməsidir.

Azərbaycanın qrup hərəkətləri komandası mayın 21-də Bakıda keçirilən bədii gimnastika üzrə 39-cu Avropa çempionatının qalibi adını qazanıb.

Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Darya Sorokinadan ibarət komandamız üç lent və iki topla yarışın qalibi olub. Gimnastlarımızın möhtəşəm çıxışı hakimlər tərəfindən 32,250 xalla qiymətləndirilib.

“Ulduz kimi parla” şüarı ilə keçirilən qitə çempionatında 38 ölkədən 315 gimnast (böyüklər – 191, gənclər 124) mübarizə aparıb.

Xatırladaq ki, gənclərdən ibarət qrup komandamız çempionatın ilk günündə çoxnövçülükdə və beş topla yarışlarda bürünc medal qazanıb. Böyüklərdən ibarət komandamız da çoxnövçülükdə üçüncü olub. Gimnastımız Zöhrə Ağamirova top ilə yarışda bürünc mükafata layiq görülüb.

Digər Xəbərlər
Xəbər Lenti