Qurbanov prezidentlə görüşmək üçün bu ölkəyə getdi

21 May 02:00 Digər növlər 1 320
Qurbanov prezidentlə görüşmək üçün bu ölkəyə getdi

Bolqarıstanın paytaxtı Sofiyada Avropa Atletika Assosiasiyasının prezidenti Dobromir Karamarinov ilə Azərbaycan Atletika Federasiyasının prezidenti Cavid Qurbanov arasında görüş keçirilib.

Sportinfo.az xəbər verir ki, toplantıda tərəflər arasındakı əməkdaşlıq məsələləri və gələcək planlar müzakirə olunub.

Azərbaycan Atletika Federasiyasının etibarlı tərəfdaş olduğunu bildirən Dobromir Karamarinov bu əməkdaşlığın beynəlxalq qurum üçün böyük önəm kəsb etdiyini diqqətə çatdırıb.

Görüşdə Azərbaycanın Bolqarıstandakı səfiri Hüseyn Hüseynov və Azərbaycan Atletika Federasiyasının baş katibi Məhərrəm Sultanzadə də iştirak edib.

Digər Xəbərlər
Xəbər Lenti
30 Sentyabr 16:20 "Karvan" gəlir… VİDEO