Federasiya regionlarda ilk təlim-məşq toplanışını reallaşdırdı - FOTOLAR

9 Sentyabr 2022 19:00 Digər növlər 420
Federasiya regionlarda ilk təlim-məşq toplanışını reallaşdırdı - FOTOLAR

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası avarçəkənlərin Neftçala rayonunda təlim məşq toplanışını təşkil edib.

Sportinfo.az xəbər verir ki, toplanış öncəsi tədbirin rəsmi hissəsi baş tutub.

Açılış mərasimində Naftalan Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Elnur Məmmədov və AKAF-ın baş katibi Fərhad Əliyev çıxış edib.

Rəsmi çıxışlar zamanı Milli Olimpiya Komitəsinin prezidenti, dövlət başçısı İlham Əliyevin və birinci vitse-prezident Mehriban xanım Əliyevin gənclərə, idmana və idmançılara qayğısı xüsusi vurğulanıb.

Qeyd olunub ki, ölkə rəhbərliyinin böyük dəstəyinin nəticəsidir ki, bu gün Azərbaycanda digər idman növləri ilə yanaşı avarçəkmə də sürətlə inkişaf edir.

Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra avarçəkənlərin Axmaz göldə təlim-məşt toplanışına start verilib. Neftçala sakinlərinin də izlədiyi məşq prosesi böyük maraqla qarşılanıb.

Milli komandanın Bakıdan və Mingəçecirdən olan üzvlərinin məşqinin ardınca neftçalalı yeniyetmə və gənclər avarçəkmə üçün nəzərdə tutulan təlim qayıqlarında avar çəkiblər.






Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!