Əhməd İsmayılov: “Yeni mütəxəssislərin gəlişi ilə hədəf və ambisiyalar böyüyüb”

27 Aprel 2022 02:50 Digər növlər 2 457
Əhməd İsmayılov: “Yeni mütəxəssislərin gəlişi ilə hədəf və ambisiyalar böyüyüb”

Azərbaycan Yelkənli İdman Federasiyasının adı dəyişdirilib.

Sportinfo.az xəbər verir ki, bu barədə federasiyanın Ümumi Yığıncaq üzvü, MEDİA-nın icraçı direktoru Əhməd İsmayılov bildirib.

Onun sözlərinə görə, qurum bundan sonra Azərbaycan Yelkən Federasiyası adlandırılacaq. O, keçirilən mətbuat konfransında deyib ki, Bakı buxtasında yelkənli idman üzrə beynəlxalq yarışlar keçirilə bilər.

Ə.İsmayılov yeni əcnəbi mütəxəssislərin gəlişi ilə hədəf və ambisiyaların böyüdüyünü bildirib:

"Klublarımızda rəqabətin artırılması ilə yeni idmançıları heyətə cəlb edəcəyik. Təhsil Nazirliyinin də dəstəyi ilə məktəblilərin bu növə marağını artırmaq istəyirik.

Rəqabət nəticəsində gələcək beynəlxalq yarışlarda yüksək nəticələr göstərəcəyik".

Seçkidə Qüdrət Qurbanov yenidən federasiyanın prezidenti seçilib.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"