Fərid Qayıbov iki federasiyanın işi ilə maraqlandı - FOTOLAR

14 Noyabr 2021 00:50 Digər növlər 1 021
Fərid Qayıbov iki federasiyanın işi ilə maraqlandı - FOTOLAR

Gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan Qılıncoynatma Federasiyasının (AQF) və Azərbaycan Badminton Federasiyasının (ABF) fəaliyyəti ilə tanış olub.

Sportinfo.az xəbər verir ki, hər iki növ üzrə milli komanda üzvləri ilə görüşən Qayıbov onların məşq proseslərini izləyib, yaradılmış şəraitlə maraqlanıb.

AQF-nin baş katibi Vasif Məmmədov və ABF-in baş katibi Nəsimi Musayev nazirə federasiyanın fəaliyyəti, yarışlara hazırlıq, gənc idmançılarla işin qurulması, federasiyanın gələcək planları barədə məlumat verib.

Qeyd olunan məsələlər ətrafında fikir mübadilələri aparılıb.

Görüşlərdə ABF-in vitse-prezidenti və AQF İcraiyyə Komitəsinin üzvü Balakişi Qasımov, ABF-in digər vitse-prezidenti Mirzə Orucov, şpaqa üzrə milli komandanın baş məşqçisi Südef Quliyev və badminton yığmasının baş məşqçisi Morteza Validarvi iştirak ediblər.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu