Azərbaycan komandası dünya kubokunda uğur qazandı - FOTOLAR

6 İyul 2021 17:40 Digər növlər 824
Azərbaycan komandası dünya kubokunda uğur qazandı - FOTOLAR

Ukraynanın Koblevo şəhərində təşkil edilən yeniyetmə, gənclər və böyüklər arasında Universal döyüş növləri üzrə Dünya kuboku baş tutub.

Diasporla İş üzrə Dövlət Komitəsindən Sportinfo.az-a verilən məlumata görə, universal döyüş növlərinin light və classic versiyaları üzrə 28 ölkədən 400-ə qədər idmançının iştirak etdiyi yarışda Azərbaycan yığma komandası 24 idmançı ilə təmsil olunub.

Yarış zamanı qalib ölkəmizin idmançılarına Dünya Universal Döyüş Federasiyasının Prezidenti Azər Həsənov, Naftalan şəhər Gənclər və İdman idarəsinin rəisi Samir Qocayev, Odessa vilayətinin Karolino–Buqaz şəhərinin deputatı Elşən Cəfərov, Odessa azərbaycanlılarının "Birlik" təşkilatının sədri Rövşən Quliyev, sədr müavini Telman Abbasov, Belqorod–Dnestrovski regional bölməsinin rəhbəri Elmar Vəliyev və digər rəsmilər böyük coşğu ilə azarkeşlik ediblər.

Bu diqqətdən ruhlanan Azərbaycan komandası 8 qızıl, 2 gümüş, 9 bürünc medal qazanmaqla mötəbər turnirdə II və III-cü yerləri tutublar.


Digər Xəbərlər
Xəbər Lenti