Noyabrın 19-da Çexiyanın paytaxtı Praqada start götürəcək cüdo üzrə Avropa çempionatının püşkü atılıb.
Sportinfo.az xəbər verir ki, püşkatma nəticəsində Azərbaycan təmsilçilərinin də ilk rəqibləri müəyyənləşib.
Kişilər
66 kq
1/16 final. Nicat Şıxəlizadə - Vadim Bunesku (Moldova)
1/16 final. Orxan Səfərov - Manuel Lombardo (İtaliya)
73 kq
1/16 final. Rüstəm Orucov - Klaudio Nunyes Dos Santos (Lüksemburq)
1/16 final. Telman Vəliyev - Vadim Şoka (Belarus)
81 kq
1/32 final. Murad Fətiyev - Yaromir Musil (Çexiya)
90 kq
1/16 final. Məmmədəli Mehdiyev - Jesper Smink (Niderland)
100 kq
1/16 final. Zelim Kotsoyev - Aleksey Lısenko (Polşa)
1/16 final. Elmar Qasımov - Aaron Fara (Avstriya)
+100 kq
1/8 final. Uşangi Kokauri - Tamerlan Başayev / Riçard Sipoç (Macarıstan) görüşünün qalibi
Qadınlar
48 kq
1/8 final. Aişə Qurbanlı - Distria Krasniç (Kosovo)
1/8 final. Leyla Əliyeva - Katarina Ments (Almaniya)
52 kq
1/16 final. Gültac Məmmədəliyeva - Tetyana Levitska-Şukvani (Gürcüstan)
57 kq
1/16 final. Aleksandra-Larisa Florian - Sanne Verhagen (Niderland)
+78 kq
1/4 final. İrina Kindzerska - Sara Alvares (İspaniya) / Milika Zabiç (Serbiya) görüşünün qalibi
İlk yarış günündə kişilərdən Nicat Şıxəlizadə və Orxan Səfərov, qadınlardan Aişə Qurbanlı, Leyla Əliyeva, Gültac Məmmədəliyeva və Aleksandra-Larisa Florian mübarizə aparacaq.
Noyabrın 20-də Rüstəm Orucov, Telman Vəliyev və Murad Fətiyev, noyabrın 21-də isə Məmmədəli Mehdiyev, Zelim Kotsoyev, Elmar Qasımov, Uşangi Kokauri və İrina Kindzerska çıxış edəcək.
Avropa çempionatında 40 ölkədən 209 kişi və 136 qadın olmaqla, ümumilikdə 345 cüdoçu mübarizə aparacaq.