Yığmamızın üzvü Xorvatiyada əsgər salamı verdi - FOTO

11 Noyabr 2020 00:00 Cüdo 547
Yığmamızın üzvü Xorvatiyada əsgər salamı verdi - FOTO

Xorvatiyanın Poreç şəhərində 23 yaşlı cüdoçular arasında keçirilən Avropa birinciliyi başa çatıb.

Azərbaycan Cüdo Federasiyasındən Sportinfo.az-a verilən məlumata görə, mötəbər çempionatın son günü də Azərbaycan milli komandası aktivinə 1 medal yazdırıb.

Ağır çəkili cüdoçuların yarışında mübarizə aparan Camal Feyziyev Polşa, Sloveniya təmsilçilərinə qalib gələrək yarımfinala çıxıb.

Bu mərhələdə Macarıstanlı Riçard Sipoşa uduzan Camal 3-cü yer uğrunda qarşılaşmada İtaliya cüdoçusu Lorenzo Aqronu məğlub edib və əsgər salamı verib.

Beləliklə Camal Feyziyev qitə birinciliyinin bürünc medalını qazanıb. Nüfuzlu yarışın ilk günü Gültac Məmmədəliyeva (52 kq) gümüş, Turan Bayramov (60 kq) və Nurlan Osmanov (66 kq) bürünc medala sahib olub.

36 ölkədən 328 idmançının (193 kişi, 135 qadın) yarışdığı mötəbər birincilikdə Azərbaycan millisi 12 cüdoçu (9 kişi, 3 qadın) ilə təmsil olunub.

Digər Xəbərlər
Xəbər Lenti