Yığmamızın aparıcı siması əsgərə məktub yazdı - FOTO

28 Oktyabr 2020 16:56 Cüdo 848
Yığmamızın aparıcı siması əsgərə məktub yazdı - FOTO

Azərbaycan cüdocusu Rüstəm Orucov “ASAN Könüllüləri” Təşkilatının “Əsgərə Məktub” layihəsinə qoşulub.

Sportinfo.az xəbər verir ki, bu haqda idmançı özü məlumat verib.

"Feysbuk" səhifəsindəki paylaşımında R.Orucov yazıb:

“Məktubumda Macarıstanın paytaxtı Budapeşt şəhərində cüdo üzrə "Böyük Dəbilqə" turnirində qazandığım qızıl medalı, QƏLƏBƏni Azərbaycan əsgərinə həsr etdiyimi xüsusi vurğuladım. Hər zaman zəfərləri ilə sevindirən əsgərlərimizin yanında olduğumuzu bildirdim.

Tezliklə bayrağımız işğal edilmiş bütün torpaqlarda qaldırılacaq, Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcək. Yaşasın Azərbaycan Ordusu! Qarabağ Azərbaycandır!”

Digər Xəbərlər
Xəbər Lenti
21 Sentyabr 18:10 Çək və bizə göndər!
21 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
21 Sentyabr 04:20 Dünya çempionu olduq