Yığmamızın üzvü medal qazanıb əsgər salamı verdi - VİDEO

23 Oktyabr 2020 23:10 Cüdo 544
Yığmamızın üzvü medal qazanıb əsgər salamı verdi - VİDEO

Macarıstanın paytaxtı Budapeşt şəhərində cüdo üzrə "Böyük Dəbilqə" turnirinə start verilib.

Sportinfo.az xəbər verir ki, Tokio Olimpiya Oyunlarına lisenziya xalları verən nüfuzlu yarışın ilk günündə Azərbaycan cüdoçusu Orxan Səfərov bürünc medal qazanıb.

66 kq çəki dərəcəsində mübarizə aparan Orxan Niderland, Gürcüstan və Monqolustan təmsilçilərinə qalib gələrək yarımfinala çıxıb. Bu mərhələdə rusiyalı Yakub Şamilova uduzan cüdoçumuz 3-cü yer uğrunda qarşılaşmada Özbəkistan nümayəndəsi Sardor Nurillayevi məğlub edib.

Beləliklə Orxan Səfərov Macarıstan yarışını bürünc medalla başa vurub. Orxan qələbə qazandıqdan sonra əsgər salamı verib.

Bu gün Budapeştdə Kəramət Hüseynov, Davud Məmmədsoy, Aişə Qurbanlı, Leyla Əliyeva, Gültac Məmmədəliyeva və Nicat Şıxəlizadə tatami üzərinə çıxıblar.

Cüdoçularımızdan ən yaxşı nəticəni 7-ci yeri tutan Gültac Məmmədəliyeva(52 kq) göstərib. 61 ölkədən 409 cüdoçunun mübarizə apardığı mötəbər yarışa oktyabrın 25-i yekun vurulacaq.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı