Orxan "Böyük Dəbilqə"də bürünc qazandı, əsgər salamı verdi - FOTO

23 Oktyabr 2020 20:30 Cüdo 634
Orxan "Böyük Dəbilqə"də bürünc qazandı, əsgər salamı verdi - FOTO

Azərbaycanın cüdoçusu Orxan Səfərov Macarıstanın paytaxtı Budapeştdəki Böyük Dəbilqə turnirində bürünc medal uğrunda görüşə çıxıb.

Sportinfo.az xəbər verir ki, 66 kq çəki dərəcəsində mübarizə aparan idmançı bu raundda Özbəkistan təmsilçisi Sardor Nurillayevlə üz-üzə gəlib.

Qarşılaşmadan qalib ayrılan Səfərov bürünc medal qazanıb. Cüdoçu qələbənin ardından əsgər salamı verib.

Böyük Dəbilqəyə oktyabrın 25-də yekun vurulacaq. Azərbaycan yarışda 17 cüdoçu ilə təmsil olunur.

Digər Xəbərlər
Xəbər Lenti