"Peşman olmamışam"

11 Avqust 2023 03:50 Cüdo 1 282
"Peşman olmamışam"

“Cüdo insana doğru yolu göstərir, ona görə də cüdo ilə məşğul olduğum üçün heç vaxt peşman olmamışam".

Sportinfo.az xəbər verir ki, bu sözləri Rüstəm Orucov Avropa Cüdo Birliyinin rəsmi saytına cüdo karyerasını başa vurduğu ilə bağlı müsahibəsində bildirib.

O, daha sonra deyib: “Cüdo mənə çox şey öyrətdi, o cümlədən yaxşı davranmaq, başqalarına hörmət etmək.

Cüdo insana doğru yolu göstərir, ona görə də cüdo ilə məşğul olduğum üçün heç vaxt peşman deyiləm.

İndi gələcək nəsil ilk növbədə pis vərdişlərdən uzaq olmalı, yüksək nəticə əldə etməyi qarşısına məqsəd qoymalı və son ana qədər mübarizə aparmalıdır. Mən podiuma qalxdığım anı həmişə xatırlayacam.”

Orucov karyerası ərzində ümumilikdə 16 Böyük Dəbilqə və 12 Qran Pri medalı qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"