İki Olimpiya çempionu ordumuza dəstək verdi - VİDEO

7 Oktyabr 2020 20:00 Cüdo 713
İki Olimpiya çempionu ordumuza dəstək verdi - VİDEO

Azərbaycanın cüdo üzrə olmpiya çempionları Nazim Hüseynov və Elnur Məmmədli Azərbaycan Ordusuna dəstək olublar.

Sportinfo.az xəbər verir ki, onlar zəfərlərini hərb meydanında da təkrarlamağa hazır olduqlarını bildiriblər.

Hüseynov və Məmmədli xalqı milli və dövlət maraqlarının qorunmasında həmrəylik nümayiş etdirməyə, Ali Baş Komandanın, rəşadətli Ordunun ətrafında sıx birləşməyə səsləyiblər.

Nazim Hüseynov 1992-ci ildə İspaniyanın Barselona şəhərində keçirilmiş Yay Olimpiya Oyunlarında qızıl medal qazanıb. O, Azərbaycanın ilk Olimpiya çempionu kimi tarixə düşüb. Elnur Məmmədli isə 2008-ci ildə Çinin paytaxtı Pekindəki olimpiadada birinci olub.

Digər Xəbərlər
Xəbər Lenti