Erməni vandalizmi ilə bağlı dünyaya müraciət - Paralimpiya çempionlarından

2 Oktyabr 2020 23:20 Cüdo 497
Erməni vandalizmi ilə bağlı dünyaya müraciət - Paralimpiya çempionlarından

Ermənistan silahlı qüvvələri sentyabrın 27-də səhər saatlarından başlayaraq Azərbaycana qarşı genişmiqyaslı hücuma başlayıb, yeni ərazilərimizi işğal etmək məqsədilə təmas xətti boyunca ordumuzun mövqelərini və mülki əhalinin yaşadığı əraziləri artilleriya atəşinə tutub.

Düşmənin mülki əhalini hədəfə alması nəticəsində ikisi azyaşlı olmaqla 16 dinc sakin həyatını itirib, 55 nəfər ağır yaralanıb. Dinc əhalinin əmlakına külli miqdarda ziyan dəyib.

Azərbaycan Milli Paralimpiya Komitəsindən Sportinfo.az-a bildiriblər ki, bu faktlar Paralimpiya çempionlarımız – İlham Zəkiyev, Oleq Panyutin, Oloxan Musayev, Afaq Sultanova, Natali Pronina, Ramin İbrahimov və Ramil Qasımovun dünya ictimaiyyətinə müraciətində əksini tapıb.

Müraciətdə qeyd olunub ki, Azərbaycan Ordusu işğalçı qüvvələrin növbəti həmləsini dəf edərək əks-hücum əməliyyatına başlayıb. İşğalçı Ermənistan ordusu bütün cəbhəboyu geri çəkilməyə məcbur edilib.

Məğlubiyyətə uğrayan işğalçı Ermənistan ordusu çarəni dinc əhaliyə atəş açmaqda görür. Bununla Ermənistan silahlı qüvvələri əks-hücuma keçən Azərbaycan Ordusunun diqqətini yayındırmaq və işğalı daha uzun müddətə davam etdirmək istəyir.

Ermənistan silahlı qüvvələri artıq 30 ilə yaxındır ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ətrafındakı yeddi rayonu işğal altında saxlayır. Bu işğal nəticəsində Azərbaycanın 1 milyondan çox vətəndaşı yaşadıqları ərazilərdən qovulub. Onlar 30 ilə yaxındır ki, qaçqın və məcburi köçkün vəziyyətində yaşayırlar.

Beynəlxalq ictimaiyyətə Ermənistanın növbəti təxribatlarına susmaması barədə çağırış ünvanlayan Paralimpiya çempionlarımızın müraciətində bildirilib:

“Biz Paralimpiya çempionları, dünya ictimaiyyətini Ermənistanın növbəti təxribatlarına susmamağa çağırırıq.

Azərbaycan Ordusu işğal altındakı ərazilərimizi geri qaytarmaq və doğma yurdlarından didərgin düşmüş insanları öz ata yurdlarına qovuşdurmaq üçün mübarizə aparır. Azərbaycan Ordusu dinc sakinlərin yaşamaq hüququ uğrunda mübarizə aparır.

Azərbaycanın Paralimpiya çempionları olaraq biz dünya ictimaiyyətini Ermənistanın işğalçı siyasətinə qarşı dözümlü yanaşmamağa çağırır,

Azərbaycanın haqq işini dəstəkləməyi tələb edirik. Bizim ordumuz başqa bir ölkənin ərazilərini işğal etməyib. Bizim işimiz haqq işidir”.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!