Azərbaycanın tanınmış məşqçisi dünyasını dəyişdi - FOTO

19 Avqust 2020 23:00 Cüdo 1 578
Azərbaycanın tanınmış məşqçisi dünyasını dəyişdi - FOTO

Cüdo üzrə Azərbaycanın əməkdar məşqçisi, idman ustası,ölkə idmanının inkişafında böyük xidmətləri olmuş Vladimir Sidorenko vəfat edib.

Sportinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasının rəsmi "Facebook" səhifəsi məlumat yayıb.

Respublika dərəcəli hakim uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Federasiyanın rəhbərliyi və kollektivi V.Sidorenkonun vəfatından kədərləndiklərini bildirib, mərhumun ailəsinə dərin hüznlə başsağlığı verib.

Allah rəhmət eləsin!

Digər Xəbərlər
Xəbər Lenti
21 Sentyabr 18:10 Çək və bizə göndər!
21 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
21 Sentyabr 04:20 Dünya çempionu olduq