Çempion fonda 1000 manat ayırdı - FOTO

26 Mart 2020 17:52 Cüdo 871
Çempion fonda 1000 manat ayırdı - FOTO

Cüdo üzrə olimpiya çempionu Elnur Məmmədli koronavirusla mübarizəyə dəstək fonduna ianə ayırıb.

Sportinfo.az xəbər verir ki, 31 yaşlı sabiq cüdoçu ölkə prezidentinin yaratdığı fondun hesabına 1000 manat köçürüb.

Daha öncə fonda "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov 20 min, komandanın futbolçuları isə ümumilikdə 50 min manat ayırmışdı. "Neftçi"nin idman direktoru Ceyhun Sultanov da fond üçün 1000 manat pul köçürmüşdü.

Digər Xəbərlər
Xəbər Lenti
16 Aprel 18:10 Çək və bizə göndər!
16 Aprel 11:20 "Qarabağ" səssiz qaldı