Hakimlər Ağayevə qarşı haqsızlıq etdi, o da… VİDEO

4 Noyabr 2023 02:10 Cüdo 1 219
Hakimlər Ağayevə qarşı haqsızlıq etdi, o da… VİDEO

Fransanın Monpelye şəhərində keçirilən cüdo üzrə Avropa çempionatının birinci günündə idmançımız Balabəy Ağayev (60 kq) italiyalı Andrea Karlino ilə görüşündə hakim haqsızlığı ilə üzləşib.

Sportinfo.az xəbər verir ki, Ağayev Karlino ilə görüşə kifayət qədər inamlı başlayıb və nəticədə rəqibi passiv qaldığına görə xəbərdarlıq alıb.

Lakin sonradan hakimlər fərqli qərarlar verməyə başlayıblar. Referilər idmançımıza “şido” verib və nəticədə döyüş “qızıl xal”a qədər uzanıb.

Əlavə vaxtda cüdoçumuz yenidən fəallığı artırsa da, hakimlər Ağayevə növbəti xəbərdarlığı edib.

Lakin Balabəy tatamidən çıxmağı rədd edərək hakimlərdən qərarlarını yenidən gözdən keçirməyi tələb edib. Amma referilərin qərarında dəyişiklik olmayıb.

Digər Xəbərlər
Xəbər Lenti