COP29

Azərbaycanlı tanınmış dördqat Avropa çempionu oldu

27 Aprel 01:50 Cüdo 815
Azərbaycanlı tanınmış dördqat Avropa çempionu oldu

Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən cüdo üzrə Avropa çempionatında Hidayət Heydərov qələbə qazanaraq dördüncü dəfə Avropa çempionu olub.

Sportinfo.az xəbər verir ki, bu haqda Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.

Bildirilib ki, Heydərov (-73 kq.) Albaniya, Portuqaliya və Moldovadan olan rəqibləri üzərində qələbə qazanaraq finala yüksəlib.

Final görüşündə o, Danil Lavrentevi (fərdi neytral idmançı) məğlub edərək çempion titulunu qazanıb.

Hidayət Heydərov bundan əvvəl 2017, 2022 və 2023-cü illərdə böyüklər arasında Avropa çempionatının qızıl medalını qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
12 İyul 18:10 Çək və bizə göndər!
12 İyul 11:00 Bir az bəri gəlin...
12 İyul 08:20 Daha bir transfer etdi
12 İyul 08:10 Millimiz yarımfinalda
12 İyul 01:00 "Sabah" icarəyə verdi