Azərbaycan millisinin məşqçisi işdən çıxarıldı: “Müqaviləni imzalayanda oxumamışdım”

31 Oktyabr 2023 01:00 Cüdo 630
Azərbaycan millisinin məşqçisi işdən çıxarıldı: “Müqaviləni imzalayanda oxumamışdım”

Cüdo üzrə Azərbaycan millisinin böyük məşqçisi Mehman Əzizov işdən çıxarılıb.

Sportinfo.az xəbər verir ki, bu barədə “qafqazinfo”ya o, özü məlumat verib.

Mehman Əzizov ona səbəb bildirmədən işdən çıxarıldığını deyib:

“Gəlib dedilər ki, işdən azad olunursuz. Səbəb isə bildirmədilər. Rəhbərliyin qərarı olduğunu açıqladılar”.

“Sizin müqaviləniz yox idi” sualına isə M.Əzizov belə cavab verib:

“Müqaviləm var idi. Amma sözləşmədə qeyd olunub ki, federasiya rəhbərliyi istənilən vaxt işdən azad edə bilər, maaşları kəsə bilər.

Müqaviləni imzalayanda oxumamışdım. Amma indi mənə o bəndlərin olduğunu göstərdilər”.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"