"Başa düşürdüm ki, bu, həyatımın şansıdır və onu əldən verə bilmərəm" - VİDEO

14 Avqust 2023 07:50 Cüdo 572
"Başa düşürdüm ki, bu, həyatımın şansıdır və onu əldən verə bilmərəm" - VİDEO

“İdmana gəlməyimdə ən böyük səbəbkar anam olub”.

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli qurumun rəsmi saytına açıqlamasında deyib.

Bu gün onun olimpiya çempionu olduğu əlamətdar hadisədən 15 il keçir.

2008-ci ilin avqustun 11-də Məmmədli Pekin olimpiadasında bütün rəqibləri üzərində aşkar üstünlüklə qalib gələrək qızıl medal qazanıb. Veteran cüdoçu həmin günü bu cür xatırlayıb:

“1992-ci ildə Nazim Hüseynov ilk azərbaycanlı Olimpiya çempionu kimi adını tarixə yazdırdı. Uşaqlıqdan ən böyük arzum olub ki, Müstəqil Azərbaycanın ilk Olimpiya çempionu məhz mən olum.

O günü aydın xatırlayıram – çempion olmağıma o qədər əmin idim ki, bunu həm bizim idmançılara, həm də əcnəbilərə çəkinmədən deyirdim.

Başa düşürdüm ki, bu, həyatımın şansıdır və onu əldən verə bilmərəm. O zaman mən reytinqdə birinci idim. Olimpiya çempionu olmağım həyatımı dəyişdi.

İstər Dünya çempionu olsun, istərsə Avropa çempionu olsun, qələbə ilə bağlı suallar təbii olaraq yaranır. Lakin Olimpiya çempionu olmaq ömürlük mükafat olaraq qalır, bu, zamandan daha üstündür.

Azərbaycanda Olimpiya çempionlarının sayının çox olmasının şahidi olmaq və möhtəşəm nailiyyətlərimizlə Prezident İlham Əliyevi qürurlandırmağı çox arzulayıram”.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!