“Real”” və PSJ razılığa gəldi? – Mbappenin transferi ilə bağlı

3 İyul 2023 00:20 Cüdo 738
“Real”” və PSJ razılığa gəldi? – Mbappenin transferi ilə bağlı

PSj-nın hücumçusu Kilian Mbappenin “Real Madrid”ə transferi ilə bağlı müqavilənin bağlanması məlum olub.

Sportinfo.az xəbər verir ki, bu barədə jurnalist Fransua Qallardo tviter səhifəsində yazıb.

Qallardonun sözlərinə görə, tərəflər sövdələşmənin bütün şərtləri ilə bağlı razılığa gəliblər. Mbappe gələn həftə Madrid klubuna keçəcək. Köçürmənin məbləği isə hələ ki, açıqlanmır.

Mbappe 2018-ci ildən parislilərin heyətində çıxış edir. Hücumçunun komanda ilə hazırkı müqaviləsi 2024-cü ilə qədər bir mövsümlük uzadılma variantı ilə nəzərdə tutulub.

Digər Xəbərlər
Xəbər Lenti