Azərbaycan millisi Avropa çempionu adını qazandı

26 İyun 2023 02:20 Cüdo 596
Azərbaycan millisi Avropa çempionu adını qazandı

25 iyunda Portuqaliyanın Odivelas şəhərində keçirilən yeniyetmələr arasında Avropa çempionatının qarışıq komanda yarışlarında cüdoçularımız qızıl medal qazanıb.

Sportinfo.az xəbər verir ki, bu, Avropa çempionatlarının komanda yarışlarında qazandığımız ilk qızıl medal kimi tarixə düşüb.

Azərbaycan komandası ilk görüşdə Niderland yığmasını 4:1 hesabı ilə, ikinci görüşdə Almaniya yığmasını 4:2 hesabı ilə, yarımfinalda isə İtaliya yığmasını 4:2 hesabı ilə məğlub edib.

Cüdoçularımızın final görüşündə rəqibi Fransa komandası olub. İdmançılarımız Fransa yığmasına 4:3 hesabı ilə qalib gələrək yarışın qızıl medallarını və kubokunu qazanıblar.

Millimiz fərdi yarışlarda 6 qızıl və 3 bürünc medal olmaqla 9 medal qazanıb və medal əyarına görə ümumi hesabda və oğlanlar arasında 1-ci yeri, qızlar arasında isə 4-cü yeri tutub.

Digər Xəbərlər
Xəbər Lenti