"Məşqçilər heyəti ilə işləməyə davam edəcəyik, irəliləyiş görürük"

21 May 2023 07:40 Cüdo 587
"Məşqçilər heyəti ilə işləməyə davam edəcəyik, irəliləyiş görürük"

"Kotsoyevin ən azı gümüş medalını əlindən aldılar".

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan Cüdo Federasiyasının (ACF) baş katibi Rəşad Rəsullu Zelim Kotsoyevin Qətərin paytaxtı Dohada keçirilmiş dünya çempionatında çıxışı barədə danışarkən deyib.

O bildirib ki, hakimlər 100 kq-da mübarizə aparan idmançının yarımfinal görüşündə yanlış qərar veriblər:

"Rəqib kəmərdən aşağını tutmuşdu. Kadrlarda da aşkar görünür. Beləliklə, üçüncü cərimə xalı ilə uduzmalı idi. Bizə qarşı qərəzin olmasına inanmıram. Sadəcə, səhv etdiklərini dedilər".

Rəsullunun sözlərinə görə, cüdoçular kritik məqamlarda taktiki gedişlər zamanı düzgün qərar vermirlər:

"Buna misal olaraq Səid Mollayini, Balabəy Ağayevi və Zelim Kotsoyevi göstərmək olar. Yarışda mübahisəli hakim qərarları ilə yanaşı, idmançılarımızın səhvləri də olub".

Baş katib hazırda əsas hədəflərinin Paris-2024 Yay Olimpiya Oyunları olduğunu söyləyib:

"Məşqçilər heyəti ilə işləməyə davam edəcəyik. Çünki irəliləyiş görürük.

Olimpiadaya kişilərdən 7, qadınlardan 2 cüdoçunun lisenziya qazanacağını gözləyirəm. Medal barədə isə proqnoz verməyəcəm".

Digər Xəbərlər
Xəbər Lenti