“Bu, bizi qane edə bilməz” - Federasiyanın baş katibi

20 May 2023 02:50 Cüdo 440
“Bu, bizi qane edə bilməz” -  Federasiyanın baş katibi

“Federasiya olaraq dünya çempionatındakı nəticəni uğursuz hesab edirik. Bu, bizi qane edə bilməz”.

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan Cüdo Federasiyasının (ACF) baş katibi Rəşad Rəsullu jurnalistlərlə görüşdə deyib.

O, komandanın potensialının yüksək olduğunu söyləyib: “Uğursuzluğun səbəbləri çox önəmlidir. Bəzən müxtəlif fikirlər səsləndirilir, bəlkə həmin görüşlərə belə baxmayıblar”.

Baş katib qadın idmançılara da maksimum diqqət ayırdıqlarını vurğulayıb:

“Kişilərə yaradılan şərait onlar üçün də təmin edilir. Onlardan ikisi yarışda debüt edirdi. Biz qadınlardan medal gözləmirdik, indiki çıxışlarını qənaətbəxş hesab edirik

. Sonadək döyüşürlər və mübarizə aparırlar. Əminik ki, qadınlardan ibarət yığma nəticələrini daha da artıracaq”.

Qətərin paytaxtı Dohada keçirilən dünya çempionatına 13 cüdoçu ilə yollanan Azərbaycan millisi Vətənə cəmi bir bürünc medalla qayıdıb. 100 kq-da çıxış edən Zelim Kotsoyev mundialda üçüncü yeri tutub.

Digər Xəbərlər
Xəbər Lenti