"Məşqlərə qatılmır, nizam-intizamla bağlı problemi var"

18 May 2023 19:20 Cüdo 619
"Məşqlərə qatılmır, nizam-intizamla bağlı problemi var"

“Kəramət Hüseynov məşqlərə qatılmır, nizam-intizamla bağlı problemi var”.

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan Cüdo Federasiyasının (ACF) baş katibi Rəşad Rəsullu jurnalistlərlə görüşündə deyib.

Federasiya rəsmisi 66 kq çəki dərəcəsində istedadlı cüdoçulardan hesab edilən 25 yaşlı Hüseynovun davranışlarının onları qane etmədiyini söyləyib:

“Kəramət ən istedadlı cüdoçularımızdan biridir, amma bundan yararlana bilmir. Bir gün məşq buraxdınsa, bir həftə dayanmadan hazırlıq keçməlisən. Onun intizami isə bizi qane etmir”.

R.Rəsullu bəzi idmançıların Qətərin paytaxtı Dohada keçirilən dünya çempionatındakı çıxışına da qiymət verib:

“60 kq-da yarışan Balabəy Ağayev qələbəni son saniyələrdə əldən verdi. Bu, sırf onun səhvi idi, baş məşqçilik nəsə yoxdur.

Ümid edirik ki, Balabəy səhvini növbəti yarışlarda təkrarlamayacaq. Eyni çəkidəki Turan Bayramovun uduzduğu qarşılaşmada mübahisəli məqam oldu.

Rəqibin baş məşqçisi həmin anda Turanın ippon fəndi ilə qalib gəlməli olduğunu etiraf etmişdi. 66 kq-dakı Orxan Səfərovun isə cəldliyi əvvəlki kimi deyil.

Etiraf etməliyik ki, ən problemli çəkimiz 66 kq-dır. Bu çəki ilə bağlı müəyyən qərarlar verməliyik. Cüdoçularımızın əksəriyyəti 60 kq-dan buraya gəlib”.

Azərbaycan millisi dünya çempionatında 13 cüdoçu ilə mübarizə aparıb və yalnız 100 kq-da çıxış edən Zelim Kotsoyev bürünc medal qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!
22 Aprel 11:00 Biri də sizin olsun…
22 Aprel 03:00 Nicat heç-heçə etdi