Azərbaycanın daha iki cüdoçusu dünya çempionatında medal qazana bilmədi

11 May 2023 18:20 Cüdo 426
Azərbaycanın daha iki cüdoçusu dünya çempionatında medal qazana bilmədi

Azərbaycanın daha iki cüdoçusu Qətərin paytaxtı Dohada keçirilən dünya çempionatını medalsız başa vurub.

Sportinfo.az xəbər verir ki, 90 kq çəki dərəcəsində çıxış edən Məmmədəli Mehdiyev və Murad Fətiyev 1/8 final mərhələsində məğlub olublar.

Onlar müvafiq olaraq Markus Niman (İsveç) və İvan Felipe Silva Moralesə (Kuba) yeniliblər.

Daha əvvəl kişilərdə Balabəy Ağayev, Turan Bayramov (hər ikisi 60 kq), Orxan Səfərov (66 kq), Hidayət Heydərov (73 kq), Səid Mollayi (81 kq), qadınlarda Leyla Əliyeva, Könül Əliyeva (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva və Aydan Əliyeva (hər ikisi 52 kq) turniri medalsız başa vurublar.

Dünya çempionatı mayın 14-də başa çatacaq.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"