Azərbaycanlılar ilk gündə 2 medal qazandı - Avropa kubokunda

7 May 2023 22:40 Cüdo 827
Azərbaycanlılar ilk gündə 2 medal qazandı - Avropa kubokunda

Azərbaycanlı cüdoçular Paris Avropa kuboku turnirinin ilk günündə 2 medala yiyələniblər.

Sportinfo.az xəbər verir ki, onlar Fransanın paytaxtı Parisdə keçirilən gənclər arasında Avropa Kuboku turnirinin ilk günündə 1 qızıl və 1 bürünc medal qazanıblar.

Yarışın ilk günündə oğlanların yarışında 60 kq, 66 kq, və 73 kq çəki dərəcələrində 9 cüdoçu medallar uğrunda mübarizə aparıb. 60 kq çəkidə Nizami İmranov qızıl medala, 66 kq çəkidə Aydın Rzayev bürünc medala sahib çıxıb.

Digər Xəbərlər
Xəbər Lenti
21 Sentyabr 18:10 Çək və bizə göndər!
21 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
21 Sentyabr 04:20 Dünya çempionu olduq