Azərbaycan millisi Avropa kubokundan 6 medalla qayıdır

17 Aprel 2023 15:20 Cüdo 375
Azərbaycan millisi Avropa kubokundan 6 medalla qayıdır

Polşanın Poznan şəhərində keçirilən gənclər arasında Avropa kubokunu Azərbaycan cüdoçuları ümumilikdə 6 medalla başa vurublar.

Sportinfo.az xəbər verir ki, bunlardan 1-i gümüş, 5-i isə bürünc medal olub.

73 kq çəki dərəcəsində çıxış edən Qadir Hüseynov turnirdə ikinci yeri tutub.

Ondan başqa, oğlanların yarışında Aydın Rzayev (66 kq), Süleyman Əliyev (73 kq), İsmayıl Zamanov (90 kq) və Kənan Nəsibov (+100), qızların mübarizəsində isə Nərmin Əmirli (78 kq) bürünc medal qazanıb.

Avropa kubokunda Azərbaycan millisinin 15 oğlan və 5 qız cüdoçusu çıxış edib.

Digər Xəbərlər
Xəbər Lenti