İki nəfərin millidən kənarda qalmasının səbəbi bu imiş…

14 Aprel 2023 11:20 Cüdo 367
İki nəfərin millidən kənarda qalmasının səbəbi bu imiş…

Cüdo üzrə Azərbaycan millisinin üzvləri Rüstəm Orucov (81 kq) və Kəramət Hüseynovun (60 kq) Qətərdə keçiriləcək dünya çempionatına yollanacaq heyətə salınmamalarının səbəbi müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasından (ACF) məlumat verilib.

Vurğulanıb ki, heyət seçimi hər bir çəki dərəcəsi üzrə namizədlərin il ərzində müxtəlif yarışlarda göstərdikləri nəticələrə əsasən aparılır.

Rüstəm Orucov və Kəramət Hüseynov öz çəkilərindəki rəqabətdə digər idmançılara nisbətən zəif nəticə göstərdiklərdən, məşqçilər heyəti tərəfindən mundiala aparılmamaları qərara alınıb.

7-14 may tarixlərində Dohada keçiriləcək dünya çempionatında Azərbaycan millisi 9 çəki dərəsində 9 kişi və 4 qadın cüdoçu ilə təmsil olunacaq.

Digər Xəbərlər
Xəbər Lenti