“Çox az vaxt qaldığından, ora aparılmaması qərara alındı”

4 Aprel 2023 09:20 Cüdo 297
“Çox az vaxt qaldığından, ora aparılmaması qərara alındı”

Azərbaycan millisinin cüdoçusu Zelim Kotsoyevin Türkiyənin Antalya şəhərində keçirilən Böyük Dəbilqə turnirinə aparılmamasının səbəbi aydın olub.

Sportinfo.az xəbər verir ki, 100 kq çəki dərəcəsində çıxış edən 25 yaşlı idmançının dünya çempionatına daha yaxşı hazırlaşması üçün bu addım atılıb.

Gənclər arasında dünya çempionunun adı Beynəlxalq Cüdo Federasiyasının (IJF) ilkin siyahısında göstərilsə də, ACF-in açıqladığı heyətdə ona yer verilməyib.

ACF-in mətbuat xidmətinin rəhbəri Ülkər Abbasova bildirib ki, Kotsoyev mayda Qətərdə keçiriləcək dünya çempionatına hazırlaşır:

“Mundiala çox az vaxt qaldığından, zədə almaq ehtimalı da nəzərə alınıb. Kotsoyevin dünya çempionatına daha yaxşı hazırlaşması üçün məşqçilər tərəfindən Antalyaya aparılmaması qərara alınıb”.

Böyük Dəbilqə turnirində Azərbaycan 16 cüdoçu ilə təmsil olunub.

Digər Xəbərlər
Xəbər Lenti