Turan qızıl, Gültac bürünc aldı - “Böyük dəbilqə” turnirində

25 Mart 2023 00:10 Cüdo 792
Turan qızıl, Gültac bürünc aldı - “Böyük dəbilqə” turnirində

Azərbaycan cüdoçusu Turan Bayramov Tbilisidə keçirilən “Böyük dəbilqə” turnirində qızıl medal qazanıb.

Sportinfo.az xəbər verir ki, turnirdə 60 kiloqram çəki dərəcəsində çıxış edən idmançımız həlledici görüşdə gürcüstanlı Giorgi Sardalaşviliyə qalib gəlib.

Qadınların yarışında Gültac Məmmədəliyeva (52 kq) bürünc medal uğrunda qarşılaşmada Çin idmançısı Yeqing Zhu ilə üz-üzə gəlib.

Rəqibini məğlub edən G.Məmmədəliyeva turniri üçüncü pillədə başa vurub.

Digər Xəbərlər
Xəbər Lenti
21 Sentyabr 18:10 Çək və bizə göndər!
21 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
21 Sentyabr 04:20 Dünya çempionu olduq