Azərbaycan cüdoçuları “Böyük Dəbilqə”də uğursuzluq yaşadı

4 Mart 2023 21:40 Cüdo 691
Azərbaycan cüdoçuları “Böyük Dəbilqə”də uğursuzluq yaşadı

Azərbaycan cüdoçuları Özbəkistanın paytaxtı Daşkənddə keçirilən “Böyük Dəbilqə” turnirini bir medalla başa vurublar.

Sportinfo.az xəbər verir ki, bu gün mübarizəyə qoşulan hər iki idmançı yarışla erkən vidalaşıb.

73 kq çəki dərəcəsində çıxış edən Nəriman Mirzəyev 1/16 final mərhələsində Tacikistan təmsilçisi Bahruzi Xocazodaya uduzub.

Eyni çəkidəki Rəşid Məmmədəliyev yerli idmançı Şaxram Ahadova yenilib.

Daha əvvəl 60 kq-dakı Əhməd Yusifov bürünc medal qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
21 Sentyabr 18:10 Çək və bizə göndər!
21 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
21 Sentyabr 04:20 Dünya çempionu olduq