Orxan Səfərov "Böyük Dəbilqə"nin finalında məğlub oldu

17 Fevral 2023 03:00 Cüdo 762
Orxan Səfərov "Böyük Dəbilqə"nin finalında məğlub oldu

İsrailin Təl-Əviv şəhərində təşkil olunan cüdo üzrə Böyük Dəbilqə turniri davam edir.

Sportinfo.az xəbər verir ki, Azərbaycan cüdoçusu Orxan Səfərov (66 kq) yarışda finala yüksəlib.

İdmançımız yarımfinalda Laşa Nadiradzeni (Gürcüstan) məğlub edib. Orxan qızıl medal uğrunda həlledici qarşılaşmada Vaja Margelaşvili (Gürcüstan) ilə üz-üzə gəlib. Rəqibinə 1:2 hesabı ilə uduzan Səfərov ikinci yerlə kifayətlənib.

Digər təmsilçimiz Balabəy Ağayev (60 kq) eyni raundda Luka Mxeidzeyə (Fransa) uduzub. İdmançı bürünc medal uğrunda qarşılaşmaya çıxıb.

60 kq çəki dərəcəsində çıxış edən idmançı üçüncü yer uğrunda görüşdə Salih Yıldıza (Türkiyə) uduzub.

Böyük Dəbilqə fevralın 18-də başa çatacaq.

Digər Xəbərlər
Xəbər Lenti
21 Sentyabr 18:10 Çək və bizə göndər!
21 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
21 Sentyabr 04:20 Dünya çempionu olduq