Yığmamız imtina etdi

12 Fevral 2023 01:00 Cüdo 836
Yığmamız imtina etdi

Cüdo üzrə Azərbaycan millisi fevralın 11-12-də Bolqarıstanın paytaxtı Sofiyada böyüklər arasında açıq Avropa turnirində iştirak etməyəcək.

Sportinfo.az xəbər verir ki, buna səbəb Türkiyədə əlverişsiz hava şəraiti nəticəsində İstanbul hava limanında uçuşların təxirə salınmasıdır.

İdmançılarımız yarışın çəki vaxtına Sofiyaya çata bilməyəcəkləri üçün turnirdə iştirakları ləğv olunub.

Bununla belə, A kateqoriyalı beynəlxalq dərəcəli hakimlərimiz Arzu Acalova və Fariz Hüseynov yarışda ədalət təmsilçiləri sırasında yer alacaqlar.

Digər Xəbərlər
Xəbər Lenti
21 Sentyabr 18:10 Çək və bizə göndər!
21 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
21 Sentyabr 04:20 Dünya çempionu olduq