Elnur Əşrəfoğlunun xatirəsinə həsr olunan açıq turnir keçirildi

17 Yanvar 2023 02:20 Cüdo 384
Elnur Əşrəfoğlunun xatirəsinə həsr olunan açıq turnir keçirildi

Pirşağı-Kürdəxanı İdman Kompleksində idman jurnalisti, Azərbaycan Cüdo Federasiyasının sabiq baş katibinin müavini Elnur Əşrəfoğlunun xatirəsinə həsr olunan cüdo üzrə açıq turnirə yekun vurulub.

Sportinfo.az xəbər verir ki, yarışda Bakı idmançıları ilə yanaşı, Sumqayıt və Quba da daxil olmaqla, ümumilikdə 100-dən artıq cüdoçu qalib adı uğrunda mübarizə aparıb.

Fərqlənən iştirakçılara diplom və medallar təqdim edilib. Təşkilatçıların sözlərinə görə Elnur Əşrəfoğlunun xatirəsinə həsr olunan turnir hər il ənənəvi olaraq keçiriləcək.

Elnur Əşrəfoğlu uzun illər Azərbaycan Televiziyasında, Azərbaycan Cüdo Federasiyasında və "Neftçi"də çalışıb.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"