“Öz ölkəmdə qalsaydım, bəlkə də bir nömrə olardım”

9 Yanvar 2023 02:40 Cüdo 775
“Öz ölkəmdə qalsaydım, bəlkə də bir nömrə olardım”

“Kubada qalsaydım, ən güclü üç boksçu sırasında yer alardım, bəlkə də, bir nömrə olardım”.

Sportinfo.az xəbər verir ki, bunu “report”a müsahibəsində Azərbaycan millisinin Kuba əsilli boksçusu Alfonso Dominges deyib.

2018-ci ildən Azərbaycan yığmasının şərəfini qoruyan Tokio-2020 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı və dünya çempionu ölkəsində bütün boksçuların güclü olduğunu bildirib:

“Kubada hər çəkidə ilk beş boksçu, demək olar ki, eyni səviyyədədir. Onları ayırd eləmək olmur.

Ancaq dünya çempionatında Kubanın 86 kq çəki dərəcəsindəki ən güclü boksçusuna yarımfinalda qalib gəlmişdim”.

Digər Xəbərlər
Xəbər Lenti