Vitse-prezidentə fəxri ad verildi – SƏRƏNCAM

4 Oktyabr 2022 02:10 Cüdo 769
Vitse-prezidentə fəxri ad verildi – SƏRƏNCAM

Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adına layiq görülüb.

Sportinfo.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin Azərbaycan Cüdo Federasiyasının 50 illik yubileyi münasibətilə Azərbaycan cüdosunun inkişafında xidmətləri olan bir qrup idman mütəxəssisinə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adı verilməsi ilə bağlı Sərəncamında yer alıb.

Elnur Məmmədli dəfələrlə cüdo üzrə Avropa və dünya çempionatlarının mükafatçısı, Pekin-2008 Yay Olimpiya Oyunlarının qalibi olub.

O, 2015-ci ildən Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti kimi fəaliyyət göstərir.

Digər Xəbərlər
Xəbər Lenti