Elxan Məmmədov: "Qışqırmaqdan boğazım tutulub"

19 Sentyabr 2022 02:50 Cüdo 949
Elxan Məmmədov: "Qışqırmaqdan boğazım tutulub"

"Yığmamız komanda yarışında da fərqləndi, gözəl çıxış edərək 3-cü oldu".

Bunu Azərbaycanın cüdo üzrə gənclərdən ibarət milli komandasının baş məşqçisi Elxan Məmmədov "report"a açıqlamasında deyib.

Sportinfo.az xəbər verir ki, 40 yaşlı mütəxəssis blldirib ki, komandadan öncədən də medal gözləyib:

"Çünki dünya və Avropada ən güclü kollektivlərdən biriyik. Fərdi yarışlarda uğur qazanan cüdoçular burada da öz güclərini göstərdilər.

Sevindirici haldır ki, 3-cü yeri tutduq. Avropanın ən güclü 3 yığmasından biriyik. Bu münasibətlə bütün idmansevərləri təbrik edirəm".

O, mükafatlandırılma mərasimində iştirak etməməsinin səbəbini də açıqlayıb:

"Fəxri kürsüyə köməkçim Elxan Rəcəblini göndərdim. Fərdi yarışlar zamanı qışqırmaqdan boğazım tutulub. Səsim batdığı üçün köməkçimə dedim ki, mükafatlandırılmaya sən çıx".

Məmmədov qələbəyə görə Azərbaycan Cüdo Federasiyasının rəhbərliyindən təbrik aldıqlarını söyləyib:

"Federasiya prezidenti Rəşad Nəbiyev, baş katib, vitse-prezidentlər yığmanın hər bir üzvünü təbrik edib.

Elnur Məmmədli hər görüşdə bizimlə birlikdə idi. Komandamıza motivasiya verirdi. Hamı bir komanda kimi burada idi və cüdoçulara azarkeşlik edirdi".

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!