Vüqar gürcünü çiynində daşıdı, bu jesti alqışlarla qarşılandı - VİDEO

18 Sentyabr 2022 02:10 Cüdo 941
Vüqar gürcünü çiynində daşıdı, bu jesti alqışlarla qarşılandı - VİDEO

Azərbaycan cüdoçusu Vüqar Talıbov Çexiyanın paytaxtı Praqada gənclər arasında keçirilən Avropa çempionatında təqdirəlayiq davranışı ilə diqqət mərkəzinə düşüb.

Sportinfo.az xəbər verir ki, 90 kq çəki dərəcəsində yer alan 19 yaşlı idmançı 1/4 finalda gürcüstanlı rəqibi Tornike Poladişvili ilə qarşılaşmada qalib gəlib.

Onun yerinə yetirdiyi fənddən sonra Poladişvili ayağında ağrılar hiss edib. Nəticədə həkim rəyindən sonra referi görüşü dayandırmalı olub.

Talıbov yeriyə bilməyən rəqibini çiyninə alaraq, yarış meydanından kənara çıxarıb. Tamaşaçılar onun davranışını alqışlarla qarşılayıblar.

Talıbov 2018-ci ildə Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilmiş Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında və həmin il Avropa Kubokunda 66 kq çəki dərəcəsində qızıl medal qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 18:10 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 03:20 "Sabah" "Gəncə"ni uddu