Rusiyalı Azərbaycan millisinə cəlb olundu

8 Sentyabr 2022 02:00 Cüdo 1 075
Rusiyalı Azərbaycan millisinə cəlb olundu

Kişi cüdoçulardan ibarət Azərbaycan milli komandasına yeni idmançı cəlb olunub.

Sportinfo.az xəbər verir ki, 100 kq-dan yuxarı çəki dərəcəsində mübarizə aparan Camal Qamzatxanov Beynəlxalq Cüdo Federasiyasının qərarı ilə artıq Azərbaycan bayrağı altında çıxış edəcək.

23 yaşlı cüdoçu 10 - 11 sentyabrda İtaliyanın Rikkione şəhərində baş tutacaq böyüklər arasında Açıq Avropa turnirində mübarizə aparacaq.

Qamzatxanov 2018-ci ildə gənclər arasında dünya çempionatında və 2019-cu ildə isə gənclər arasında Avropa çempionatında bürünc medal qazanıb.

O, 3 ilə yaxındır Rusiya yığmasının heyətində beynəlxalq yarışlarda iştirak etmirdi.

Digər Xəbərlər
Xəbər Lenti
21 Sentyabr 18:10 Çək və bizə göndər!
21 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
21 Sentyabr 04:20 Dünya çempionu olduq