"Qızılı Azərbaycana aparmaq üçün “waza ari” kifayət etdi"

17 İyul 2022 03:00 Cüdo 939
"Qızılı Azərbaycana aparmaq üçün “waza ari” kifayət etdi"

Xorvatiyanın Zaqreb şəhərində keçirilən cüdo üzrə qran-pri turnirinin ilk günü olduqca gərgin, eyni zamanda həyəcanlı keçib.

Sportinfo.az xəbər verir ki, 66 kq çəki dərəcəsində yarışan idmançımız Yaşar Nəcəfov Bəhreyn, Böyük Britaniya, Bolqarıstan və Qazaxıstandan olan rəqiblərini geridə qoyaraq finala vəsiqə qazanıb.

Finalda idmançımız italiyalı rəqibini də üstələyərək qızıl medal əldə edib.

Avropa Cüdo Birliyinin saytında idmançımızın qələbəsi belə şərh olunub:

“Görüş 3 dəqiqə çəkdi, lakin Nəcəfov fürsət tapdı və rəqibini üstələdi. Qızıl medalı Azərbaycana, vətəninə aparmaq üçün “waza ari” kifayət etdi.

Bu medal həm günün ilk qızıl medalı, həm də Avropa ölkələrinə gedən yeganə qızıl medal kimi yadda qaldı”.

Nəcəfov qələbəsindən sonra Avropa Cüdo Birliyinin (EJU) rəsmi saytına müsahibə də verib:

“Bu, mənim qran-pridəki ilk qızıl medalımdır və buna görə çox xoşbəxtəm. Finala qədər 5 görüşüm oldu və rəqiblərim kifayət qədər güclü idi.

Düşünürəm ki, onların içində ən gərgin görüş qazaxıstanlı Yeldos Smetovla keçdi. Onunla ilk görüşüm idi və mənim üçün uğurla başa çatdı.

Turnirə hazırlıq səviyyəm yükək idi və özümə inanırdım. Düşünürəm ki, mənim üçün növbəti sınaq Lignano Avropa tədbiridir”.

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!
22 Aprel 03:00 Nicat heç-heçə etdi