Azərbaycan komandası Böyük Dəbilqəni 3 medalla başa vurdu

10 İyul 2022 21:40 Cüdo 618
Azərbaycan komandası Böyük Dəbilqəni 3 medalla başa vurdu

Azərbaycan cüdoçuları Macarıstanın paytaxtı Budapeştdəki Böyük Dəbilqəni üç medalla başa vurublar.

Sportinfo.az xəbər verir ki, yarışın sonuncu günündə mübarizəyə qoşulan üç idmançıdan heç biri medal qazana bilməyib.

90 kq çəki dərəcəsində çıxış edən Məmmədəli Mehdiyev 1/16 finalda Camal Petgreyvə (Böyük Britaniya) qalib gəlsə də, növbəti raundda Gergely Nerpelə (Macarıstan) uduzub.

100 kq-dakı Elmar Qasımov eyni raundda Zlatko Kumriçi (Xorvatiya) məğlub etsə də, Nikoloz Şerazadişviliyə (İspaniya) yenilib.

Nəhayət, 100 kq-dan yuxarı çəkidəki Uşangi Kokauri 1/8 finalda Marius Fizeldən (Slovakiya) güclü olsa da, Teddi Rinerin (Fransa) müqavimətini qıra bilməyib. Kokauri təsəlliverici görüşdə Martti Puumalainenə (Finlandiya) də uduzub.

Daha əvvəl Azərbaycan təmsilçilərindən Hidayət Heydərov (73 kq) qızıl, Səid Mollayi (81 kq) gümüş, Rüstəm Orucov (73 kq) isə bürünc medal əldə edib.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”