Nazir görüşdü - Azərbaycan və Gücüstan komandaları birgə...

14 May 2022 02:00 Cüdo 519
Nazir görüşdü - Azərbaycan və Gücüstan komandaları birgə...

Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rəşad Nəbiyev Gürcüstan Cüdo Federasiyasının (GJF) vitse-prezidenti David Kevxişvilini qəbul edib.

Sportinfo.az xəbər verir ki, görüş zamanı iki ölkə arasında cüdo üzrə əməkdaşlıq məsələləri müzakirə edilib, müxtəlif yaş qruplarından ibarət milli komandaların birgə təlim-məşq toplanışlarının, beynəlxalq və regional yarışların təşkili barədə razılıq əldə edilib.

R.Nəbiyev ötən ay Beynəlxalq Cüdo Federasiyasının təsis etdiyi Yeni Texnologiyalar və Yüksək Məhsuldarlıq Komissiyasının sədri, D.Kevxişvili isə direktoru təyin olunub.

Görüş zamanı komissiyanın fəaliyyətinin təşkili məsələləri müzakirə edilərək, bu istiqamətdə növbəti addımlar müəyyənləşdirilib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı