Avropa Kuboku: Azərbaycan daha bir bürünc medal qazandı

9 May 2022 00:10 Cüdo 649
Avropa Kuboku: Azərbaycan daha bir bürünc medal qazandı

Azərbaycanın qadın cüdoçusu Südabə Ağayeva Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən Avropa Kubokunda bürünc medal qazanıb.

Sportinfo.az xəbər verir ki, 70 kq çəki dərəcəsində ardıcıl olaraq Keti-Cemayma Yeyts-Braun (Böyük Britaniya) və Femke De Brüynə (Belçika) qalib gələn idmançı yarımfinalda Amihay Şeykdə (İsrail) uduzub.

3-cü yer uğrunda qarşılaşmada isə Nika Korendən (Sloveniya) üstün olan Ağayevə bürünc medala sahib çıxıb.

Bu çəkidəki digər Azərbaycan təmsilçisi Günel Həsənli təsəlliverici görüşdə məhz Korenə uduzaraq, medalsız qalıb.

78 kq-da yer alan Aytəkin Paşazadə isə startdaca Amber Velandla (Niderland) bacarmayıb.

Yarışın ilk günündə Aytac Qardaşxanlı (63 kq) üçüncü yeri tutub.

Digər Xəbərlər
Xəbər Lenti