Məşhur iranlı Azərbaycan yığmasında çıxış edəcək

5 May 2022 02:50 Cüdo 595
Məşhur iranlı Azərbaycan yığmasında çıxış edəcək

Beynəlxalq Cüdo Federasiyası (IJF) Olimpiya oyunlarının gümüş mükaftaçısı və dünya çempionu Səid Mollayinin Azərbaycan bayrağı altında çıxış etməsinə rəsmi razılıq verib.

Sportinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası (ACF) məlumat yayıb.

IJF-in qəbul etdiyi yeni idman qaydalarına əsasən, idmançı çıxış etdiyi ölkəni dəyişərkən əvvəllər olduğu kimi, onun reytinq xalları sıfırlanmayacaq. Bu qaydaya əsasən, Səid Mollayi hazırda malik olduğu reytinq xallarını qoruyub saxlayacaq.

Hazırda o, -81 kq. çəki dərəcəsində dünya reytinqində 7-ci yerdə gedir. Səid Mollayi 2018-ci ildə Bakıda keçirilən dünya çempionatının qalibi olub.

Qeyd edək ki, b2018-ci ildə o, İsrail təmsilçisi ilə qarşılaşıb. Ölkəsi onun bu döyüşə çıxmasını istəməsə də, Mollayi bu tələbi rədd edib.

O, 2019-ci ildə İran millisindən imtina edərək, Monqolustan bayrağı altında yarışıb.

2021-ci ildə keçirilən Tokio Yay Olimpiya Oyunları 2020-də isə gümüş medal qazanıb. Bundan əlavə, Səid müxtəlif illərdə Asiya Oyunlarında və Çempionatlarında, Böyük Dəbilqə turnirlərində və digər nüfuzlu beynəlxalq yarışlarda qalib və mükafatçı olub.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!